Koşta: Bizə Ukraynada davamlı sülhü təmin edəcək bir razılaşma lazımdır

18.02.2025

Azxeber.com saytından alınan məlumata görə, Icma.az bildirir.

Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta Ukraynada sülh perspektivlərini müzakirə etmək üçün ABŞ Prezidentinin Rusiya və Ukrayna üzrə xüsusi nümayəndəsi Kit Kelloqla görüşüb.

Bu barədə o, "X" hesabında paylaşım edib.

A.Koşta vurğulayıb ki, Rusiya-Ukrayna arasında sülh sadəcə atəşkəs ola bilməz:

"Bizə Ukraynada hərtərəfli, ədalətli və davamlı sülhü və Avropada təhlükəsizliyi təmin edəcək bir razılaşma lazımdır. Ukrayna Avropaya güvənə bilər. Biz sülh və təhlükəsizliyi təmin etmək üçün ABŞ ilə konstruktiv şəkildə işləməyə davam etməyə hazırıq".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью