Yenisabah portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Jurnalist və yazıçı Kamilo Rodriges Kosta Rikanın Santo Dominqo de Heredia kantonunda öldürülüb.
"Yeni Sabah" xəbər verir ki, bu, 2003-cü ildən bəri ölkədə jurnalistin ilk qətlidir.
Silahlı şəxslər Rodrigesin idarə etdiyi qırmızı pikapı saxlayaraq ona bir neçə dəfə atəş açıblar. Jurnalist hadisə yerində ölüb. Sərfəli qiymətə məhsullar
Rodrigez internet platformalarından və sosial mediadan narkotik qaçaqmalçılığı, çirkli pulların yuyulması və korrupsiya ilə bağlı iddialar, o cümlədən mütəşəkkil cinayətkarlıqla əlaqələndirdiyi şəxslərin adlarını çəkmək üçün istifadə edib.
Kosta Rikada sonuncu jurnalist qətli 2003-cü ildə baş verib. Həmin vaxt motosikletdə olan 2 kişi jurnalist İvaniya Moreyə atəş açıb. İvaniya More xəstəxanaya aparılarkən yolda ölüb və onun qətl işi hələ də açılmamış qalır.