Azertag saytına istinadən Icma.az xəbər verir.
Bakı, 2 fevral, AZƏRTAC
Kosta-Rikada keçirilən prezident seçkilərində hakim Suveren Xalq Partiyasının namizədi Laura Fernandes Delqado ilkin nəticələrə əsasən liderdir.
AZƏRTAC Anadolu agentliyinə xəbər verir ki, bu barədə ölkənin Ali Seçki Tribunalı (TSE) məlumat yayıb. Bildirilib ki, səslərin 31,14 faizi hesablanıb.
İlkin nəticələrə əsasən, Laura Fernandes Delqado 326 min 733 səs toplayaraq 53 faiz göstərici ilə birinci yerdə qərarlaşıb. İkinci yerdə Milli Azadlıq Partiyasından Alvaro Ramos (30,06 faiz) qərarlaşıb.
Seçkilərdə 20 namizəd iştirak edib, lakin onların əksəriyyəti 3 faizdən az səs toplayıb. Seçici fəallığı 66,96 faiz təşkil edib.