Kostanyan: Azərbaycanlılarla TRIPP i də müzakirə etdik

27.11.2026

Yenisabah saytından verilən məlumata görə, Icma.az xəbər verir.

İki ölkə cəmiyyətləri arasında əlaqələr Ermənistan və Azərbaycan arasında sülhün təsis edilməsi üçün çox vacibdir.

"Yeni Sabah" Armenpress-ə istinadla xəbər verir ki, bunu Ermənistan xarici işlər və beynəlxalq ticarət nazirinin müavini Vahan Kostanyan bildirib.

O, sayca 5-ci "Sülh körpüsü" təşəbbüsü dəyirmi masasının erməni və Azərbaycan iştirakçıları ilə görüşdən sonra qeyd edib: Bakıda online alış-veriş

"Azərbaycan nümayəndə heyətinin nümayəndələri Ermənistanın xarici siyasəti ilə bağlı suallar veriblər. Onlar Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşdırılması prosesindəki mövcud dinamikanı necə qiymətləndirdiyimizi soruşublar. Əhəmiyyətli başlanğıc nöqtəsi Ermənistan və Azərbaycanın razılaşdıqlarıdır: irəliləmək və sülhü təsis etmək zərurəti.

Təbii ki, TRIPP-i də müzakirə etdik, çünki çox son xəbərlərimiz var idi. Bu mövzuda mən əvvəllər ictimaiyyətimizə təqdim etdiklərimizi təqdim etdim".


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью