KostaRikada təyyarə qəzası nəticəsində 5 nəfər ölüb Doğru Xəbərlər

26.11.2024

Dogru.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Kosta-Rikada Cessna 206-nın qəzaya uğraması nəticəsində beş nəfər ölüb, bir sərnişinin vəziyyəti ağırdır.

La Nación-un Kosta-Rika Qırmızı Xaç Cəmiyyətinin xilasedicilərinə istinadən verdiyi məlumata görə , təyyarə Eskazu kantonunda qəzaya uğrayıb.

Ölənlərdən ikisi təyyarənin içərisində, üçü isə çöldə olub. Qəzaya uğrayan təyyarənin bütün sərnişinləri və ekipaj üzvləri Kosta Rikalı olub.

Hadisədən yeganə sağ qalan 31 yaşlı qadın olub, vəziyyəti ağırdır.

Bundan əvvəl Vilnüsdə yük təyyarəsi qəzaya uğramışdı.

DOĞRU.AZ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью