Kostin: “Qələbə qazanmaq istəyirdik, amma…”

29.11.2025

Icma.az, futbolpress-az portalına istinadən məlumat yayır.

“Neftçi” Premyer Liqanın XIII turunda “Turan Tovuz”la heç-heçə edib – 0:0.

Futbolpress.az xəbər verir ki, “ağ-qaralar”ın müdafiəçisi Kristian Kostin matçdan sonra “Neftçi TV”yə fikirlərini bölüşüb:

“Ağır oyun oldu. Meydança da ağır idi, sona qədər mübarizə apardıq. Qələbə qazanmaq istəyirdik, amma sonda bir xalla kifayətləndik”.

Kostin oyununu belə şərh edib:

“Heç vaxt oyunumla bağı fikir bildirmirəm. Bunun məsuliyyətini daşıyan insanlar var. Özüm yox, onlar performansımla bağlı danışsa, yaxşı olar”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью