Icma.az xəbər verir, futbolpress-az saytına əsaslanaraq.
Yarımmüdafiəçi Frank Kessye 9 illik fasilədən sonra keçmiş komandası “Atalanta”ya geri dönüb.
Futbolpress.az xəbər verir ki, 29 yaşlı kot-d’ivuarlı futbolçu İtaliya klubuna azad agent statusunda qoşulub.
2022-ci ildə “Barselona”dan Səudiyyə Ərəbistanının “Əl-Əhli” klubuna keçən və orada 3 mövsüm çıxış edən təcrübəli yarımmüdafiəçi yenidən Avropaya qayıtmaq qərarına gəlib. Kessye bir müddət “Yuventus”la danışıqlar aparsa da, bu keçid baş tutmayıb. “Atalanta” rəhbərliyi isə cəmi bir neçə saat ərzində futbolçu ilə bütün təfərrüatları həll edərək rəsmi müqavilə bağlayıb.
Frank Kessye “qara-göylər”nın heyətində keçirdiyi 31 rəsmi oyunda 7 qol və 4 məhsuldar ötürmə müəllifi olmuşdu.