Koul: “Messini “bağlayacağıq”

13.07.2026

Icma.az bildirir, futbolpress-az saytına əsaslanaraq.

İngiltərə milli komandasının sabiq futbolçusu Co Koul DÇ-2026-nın yarımfinalında Argentinaya qarşı keçirəcəkləri oyunla bağlı fikirlərini bölüşüb.

Futbolpress.az xarici KİV-ə istinadən xəbər verir ki, sabiq yarımmüdafiəçi İngiltərənin finala çıxacağını deyib:

“Messini “bağlayacağıq”. Argentinadan daha yaxşı və sürətliyik. Messini meydanda neytrallaşdırıb, finala çıxan tərəf olacağıq. Buna tam əminəm”.

İngiltərə – Argentina oyunu iyulun 15-də keçiriləcək və saat 23:00-da start götürəcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью