Koul Palmer Mançester Yunayted ə keçməyəcək

30.01.2026

Icma.az bildirir, sport24.az portalına istinadən.

İngiltərə millisinin və "Çelsi" klubunun yarımmüdafiəçisi Koul Palmer "Mançester Yunayted"ə transfer olunmayacaq. Sport24.az xəbər verir ki, "qırmızı şeytanlar"ın rəhbərliyi potensial sövdələşmə üçün tələb olunan böyük maliyyə xərclərinə görə ulduz futbolçunun alınması variantını istisna edir.

Hazırda 23 yaşlı yarımmüdafiəçinin bazar dəyəri 120 milyon avrodur.

Qeyd edək ki, K.Palmerin "Çelsi" ilə hazırkı müqaviləsinin müddəti 2033-cü ilin yayına qədərdir. O, İngiltərə Premyer Liqasının cari mövsümündə keçirdiyi 12 qarşılaşmada ikisi penaltidən olmaqla 4 qol vurub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью