Koul Palmer və Usman Dembele 70 ci mərtəbədə şəkil çəkdirdilər

13.07.2025

sport24.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

"Çelsi"dən Koul Palmer və PSJ-dən Usman Dembele şəkil çəkdirmək üçün Nyu Yorkdakı 70 mərtəbəli Rokfeller Mərkəzinin damına çıxıblar.

Palmer və Dembele finaldan əvvəl öz komandalarının formalarında klublararası dünya çempionatının kuboku ilə poza veriblər.

Qeyd edək ki, turnirin həlledici görüşü bu gün baş tutacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью