Kouldan Messiyə mesaj “Onu ayaq üstə yatızdıracağıq”

13.07.2026

Icma.az, Apasport portalına istinadən məlumat verir.

İngiltərə millisinin sabiq futbolçusu Co Koul DÇ-2026-nın yarımfinalında Argentina ilə keçiriləcək oyun barədə danışıb.

Apasport.az xəbər verir ki, o, Lionel Messinin təhlükəli futbolçu olduğunu qəbul etsə də, İngiltərənin onu zərərsizləşdirəcəyinə inandığını bildirib.

“Messinin İngiltərəyə qarşı ilk oyunu olacaq? Onu yatızdıracağıq. Ayaq üstə yatızdıracağıq, buna yüz faiz əminəm. Bunu indidən deyirəm, dünya çempionatının finalına yüksələn tərəf biz olacağıq”, – deyə Koul bildirib.

Qeyd edək ki, İngiltərə ilə Argentina arasında DÇ-2026-nın yarımfinal oyunu iyulun 16-da Bakı vaxtı ilə saat 23:00-da keçiriləcək.

“Fiorentina”dan “Trabzonspor”un gənc ulduzuna 30 milyonluq təklif İtaliya millisində yeni təyinat - RƏSMİ Ferran Torres PSJ-yə keçir? İspaniya millisinin üzvü “Milan”ın radarında Derri müqavilə bağladı: İcarəyə göndərildi
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью