Icma.az, futbolpress-az portalına istinadən məlumat verir.
Braziliyalı futbolçu Filipe Koutinyonun yeni ünvanı məlum olub.
Futbolpress.az xəbər verir ki, 34 yaşlı yarımmüdafiəçi “Santos”la anlaşıb. Bu barədə “Globo” nəşri məlumat yayıb. Tərəflər arasında müqavilə ilin sonuna kimi olacaq.
Koutinyonun son klubu “Vasko da Qama” olub. O, daha əvvəl “Barselona”, “İnter”, “Liverpul”, “Aston Villa” kimi komandalarda forma geyinib.