Koutinyonun yeni klubu müəyyənləşdi

11.09.2026

Icma.az, sport24.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Braziliyalı yarımmüdafiəçi Koutinyo karyerasını "Santos"da davam etdirəcək. Sport24.az xəbər verir ki, bu barədə tanınmış insayder Fabritsio Romano "X" sosial media hesabında paylaşım edib.

Mənbənin sözlərinə görə, 34 yaşlı futbolçu Braziliya klubu ilə ilin sonuna qədər nəzərdə tutulan müqavilə imzalayacaq.

Koutinyo bu gün artıq tibbi müayinədən keçəcək.

Qeyd edək ki, futbolçu "Vasko da Qama"dan ayrıldıqdan sonra azad agent statusu daşıyırdı. 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью