Kovaç “Paderborn” üzərində qələbəni şərh etdi

13.09.2026

Icma.az xəbər verir, Idman.biz saytına əsaslanaraq.

“Borussiya”nın (Dortmund) baş məşqçisi Niko Kovaç Almaniya Bundesliqasının üçüncü turunda “Paderborn” üzərində 3:0 hesablı qələbəni şərh edib.

İdman.Biz xəbər verir ki, baş məşqçi klubun rəsmi saytına açıqlamasında qarşılaşmanın çətin keçdiyini deyib.

“Oyuna yaxşı başladıq, erkən qol vurduq. Bu, əlbəttə ki, kömək etdi, xüsusən də çərşənbə axşamı çox gərgin və çətin Çempionlar Liqası matçından sonra. Komanda üçün çətin idi, çünki “Paderborn” da çox yaxşı oynadı. Amma onlara heç nəyə imkan vermədik.

İkinci hissədə oyunumuz bir az canlandı, qismən də rəqiblərimizin daha az enerjisi qaldığı üçün. Hesabı artırmaq üçün kifayət qədər yaxşı şanslarımız oldu. Komandamın 90 dəqiqə ərzindəki oyunundan məmnunam.

İlk hissədə rəqibinizi məğlub edəcəyinizi gözləmək olmaz”, - deyə Kovaç bildirib.

İdman.Biz
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью