Kovaç “Vilyarreal”ı belə dəyərləndirdi: “Bu, təsadüf deyil”

07.09.2026

Icma.az, Idman.biz saytına istinadən bildirir.

Dortmund “Borussiya”sının baş məşqçisi Niko Kovaç UEFA Çempionlar Liqasının 2026/2027 mövsümünün əsas mərhələsinin birinci turunda “Vilyarreal”la keçirəcəkləri oyun öncəsi açıqlama verib.

İdman.Biz xəbər verir ki, mütəxəssis İspaniya klubunun ardıcıl ikinci mövsümdür Çempionlar Liqasında iştirak etdiyini vurğulayıb.

“Xüsusi olaraq qeyd etmək lazımdır ki, “Vilyarreal” ardıcıl ikinci mövsümdür Çempionlar Liqasında oynayır. Əgər ispan komandası mövsümü Çempionlar Liqasına vəsiqə qazandıran pillədə başa vurursa, deməli, bu, qətiyyən təsadüf deyil və nəyisə bildirir.

Valdemar Anton hamını arxasınca aparmağı bacaran, heç vaxt təslim olmayan insandır. Xüsusilə gənc futbolçular üçün bizə məhz bu lazımdır. Keçən mövsüm o, artıq komandanın ruhən lideri idi. Hətta sarğısı olmasa belə, meydanda olması digər oyunçulara kömək edir”, – deyə Kovaçın sözlərini UEFA-nın rəsmi saytı sitat gətirib.

Qeyd edək ki, “Borussiya” Dortmund – “Vilyarreal” qarşılaşması sentyabrın 8-də keçiriləcək.

İdman.Biz
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью