Kovaçdan Barselona ilə oyun haqda iddialı açıqlama

09.04.2025

Qol.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Dortmund "Borussiya"sının baş məşqçisi Niko Kovaç Çempionlar Liqasının 1/4 finalının "Barselona" ilə bu gün keçiriləcək ilk oyunu haqda danışıb.

QOL.az xəbər verir ki, xorvatiyalı mütəxəssis UEFA-ya açıqlamasında deyib ki, rəqib favorit hesab olunur, ancaq Dortmund klubunun istəyi də böyükdür:

“Barselona” favoritdir, amma heç kim unutmasın ki, "Borussiya" ötən mövsüm Çempionlar Liqasının finalında çıxış edib. Biz böyük klubuq. Komandamızın yüksəlişdə olduğunu görürəm. Şübhəsiz ki, bizim yarımfinala çıxmaq şansımız olacaq”.

Rəqibin baş məşqçisi Hans-Diter Flik haqda da danışan mütəxəssis müdafiəyə üstnlük verməli olduqlarını əlavə edib: "Flik? Biz yaxşı tanışıq və bir-birimizə hörmət edirik. Hər ikimizin futbola baxışımız bəllidir. "Barselona"nın hücum xəttinin gücünün fərqindəyik və yaxşı müdafiə olunmalıyıq. Rəqibimizin zəif cəhətlərindən istifadə edib istəyində olduğumuz qələbəni qazanmaq niyyətindəyik".

Xatırladaq ki, bu gecə keçiriləcək "Barselona" - "Borussiya" (Dortmund) matçı Bakı vaxt ilə saat 23:00-da başlayacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью