Kovaçiç üçün Səudiyyə variantı var

16.02.2026

Idman.biz saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Mançester Siti”nin futbolçusu Mateo Kovaçiç karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.

İdman.Biz xəbər verir ki, yarımmüdafiəçinin Səudiyyə Pro Liqasından bir neçə təklifi var. Buna baxmayaraq, o, Mançester klubundan ayrılsa belə, Avropada qalmağa üstünlük verir.

Məlumata görə, “Milan” və “Yuventus” futbolçunun nümayəndələri ilə danışıqlar aparıblar. Xorvatiyalı daha əvvəl A Seriyasında “İnter”in formasını geyinib.

31 yaşlı oyunçu bu mövsüm zədələr səbəbindən çətinlik yaşayıb və bütün turnirlərdə cəmi iki oyunda meydana çıxıb. Onun “Mançester Siti” ilə müqaviləsi 2027-ci ilə qədər qüvvədədir.

İdman.Biz
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью