“Koventri”nin yetirməsi “Neftçi”də

08.02.2025

Idman.biz saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Neftçi” heyətinə yeni hücumçu qatdığını açıqlayıb.

İdman.biz xəbər verir ki, “ağ-qaralar” ingiltərəli hücumçu Bassala Sambounu təqdim edib.

Bakı klubu sosial şəbəkələrdə “Xoş gəldin, Sambou” videosunu paylaşıb. Bassalanın son komandası Kiprin “Paralimni” klubu olub. 9 nömrəli formanı geyinəcək 27 yaşlı futbolçu ilə 1,5 illik müqavilə bağlanıb.

Qeyd edək ki, “Koventri” Akademiyasının yetirməsi olan Sambou “Fortuna Sittard” (Niderland), “Randers” (Danimarka), “Kru Aleksandra”, “Oldham” (hər ikisi İngiltərə) komandalarının formasını geyinib.

İdman.biz

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью