Icma.az, futbolpress-az portalına istinadən məlumatı açıqlayır.
“Qarabağ”ın sabiq qapıçısı, hazırda Polşanın “Visla” (Krakov) komandasının şərəfini qoruyan Mateuş Koxalski “Goal.pl” nəşrinə müsahibəsində ölkəsinə qayıdışından, Misli Premyer Liqası ilə Polşa çempionatı arasındakı fərqlərdən və milli komandadakı hədəflərindən danışıb.
Futbolpress.az xəbər verir ki, Azərbaycandakı çıxışından sonra Polşaya qayıdan 26 yaşlı qolkiper iki ölkə futbolunun səviyyəsini müqayisə edib:
“Düşünürəm ki, Polşa çempionatında hər şey daha yaxşıdır. Azərbaycanda bundan yaxşı olan heç nə yoxdur”.
Bununla belə, Koxalski Azərbaycan klublarının səviyyəsinə də toxunub. O, “Qarabağ”ın Polşa çempionatında iddialı ola biləcəyini vurğulayıb:
“Düşünürəm ki, “Qarabağ” Polşa liqasında ilk “üçlük” uğrunda mübarizə apara bilər. Çempionlar Liqasında oynayan “Sabah” da daha yuxarı pillələrdə qərarlaşa bilərdi. Lakin həmin liqanın digər komandaları bizim çempionatda “zirzəmi”də qalmaq uğrunda böyük çətinliklər yaşayardılar”.
Krakov təmsilçisindəki çıxışından razı qalan qapıçı komandanın inkişaf etdiyini və hələ qarşıda uzun yol olduğunu bildirib. O, həmçinin Polşa millisinin baş məşqçisi Yan Urbanın rəhbərliyi altında yenidən yığmaya dəvət almaq üçün əlindən gələni edəcəyini, gələcəkdə daha güclü klublarda oynamaq arzusunda olduğunu da gizlətməyib.