Koxalski: “İstədiyim tək şey hörmət və sadə nəzakətdir”

14.08.2026

futbolpress-az saytına istinadən Icma.az xəbər verir.

“Qarabağ”ın qapıçısı Mateuş Koxalski “Dinamo” (Kiyev) ilə oyundan sonra stadionu tərk edərkən azyaşlı azarkeşlərlə yaşanan xoşagəlməz hadisəyə münasibət bildirib.

Futbolpress.az xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə bir qrup azyaşlının polşalı qolkiperin ünvanına xoşagəlməz ifadələr işlətdiyi və avtomobilinə toxunduğu yer alıb. Bu davranış qapıçının narazılığına və sert reaksiyasına səbəb olub.

Məsələ ilə bağlı açıqlama verən Koxalski görüntülərin yalnız bir tərəfini əks etdirən videoya aydınlıq gətirərək bunları qeyd edib:

“İki ildir ki, bu komandada oynayıram. Həmişə uşaqlara avtoqraf vermək və ya onlarla şəkil çəkdirmək üçün dayanıram. Dünən ilk dəfə idi ki, bunu etmədim, çünki onlar heç bir hörmət göstərmədən var gücləri ilə maşınımı döyürdülər. Hadisənin əvvəlini və ya maşınımın aqressiv şəkildə döyülməsini əks etdirməyən bir videonu internetdə paylaşmaq asandır. İstədiyim tək şey hörmət və sadə nəzakətdir”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью