Qol.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Koxalski “Qarabağ”dan ayrılmağa yaxındır
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
“Qarabağ”ın qapıçısı Mateuş Koxalski karyerasını yenidən Polşada davam etdirməyə yaxındır.
QOL.az xəbər verir ki, bu barədə sportowefakty.wp. pl saytı daxil olmaqla Polşanın bir neçə media qurumu jurnaıist Rafal Gikeviçə istinadən məlumat verib. Məlumata görə, 26 yaşlı qolkiper Ekstraklasa təmsilçisi “Veçista”ya (Krakov) keçməyə yaxındır.
Hələlik mümkün transferin maliyyə şərtləri ilə bağlı konkret məlumat yoxdur.
Qeyd edək ki, Koxalski 2024-cü ildə “Stal”dan (Melets) “Qarabağ”a keçib.
Polşalı qapıçı daha əvvəl ölkəsinə qayıtmaq variantını nəzərdən keçirdiyini və “Vidzev”in onunla ciddi maraqlandığını da açıqlamışdı.