Koxalski “Qarabağ”ı tərk edir?

19.04.2026

Moderator.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Qarabağ”ın qapıçısı Mateus Koxalski komandadan ayrılacağı ilə bağlı suala cavab verib.

Moderator.az “Qafqazinfo”ya istinadla bildirir ki, o, Misli Premyer Liqasının 28-ci turunda “Sabah”a 0:1 hesablı məğlubiyyətdən sonra bu barədə danışıb.

Koxalski bu ehtimalın yarı-yarıya olduğunu bildirib:

“Növbəti mövsüm komandada qalma şansım yarı-yarıyadır. Nə olacağını özüm də tam bilmirəm. Hazırda dəqiq şəkildə qalacağımı, yoxsa gedəcəyimi demək çətindir”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью