Icma.az, Xalq qazeti portalına istinadən məlumat verir.
Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
"Qarabağ"ın polşalı qapıçısı Mateuş Koxalski Azərbaycanı tərk edəcək.
XQ xəbər verir ki, bu haqda futbolçunun özü "Araz-Naxçıvan"la keçirilən matçdan sonra jurnalistlərə açıqlamasında deyib.
26 yaşlı qolkiper ölkəsinin “Vyeçista Krakov” klubu ilə anlaşıb.
Qeyd edək ki, baş məşqçi Qurban Qurbanov da Koxalskinin gedişini inkar etməyib.