Koxalski üçün Niderlanda qarşı oynamaq şansı

11.11.2025

Icma.az xəbər verir, Qol.az saytına əsaslanaraq.

"Qarabağ"ın qapıçısı Mateuş Koxalski Polşa millisinə dəvət alıb.

QOL.az xəbər verir ki, bu barədə Polşa mətbuatı məlumat yayıb.

Milli komanda noyabrın 14-də DÇ-2026-nın seçmə mərhələsində evdə Niderland, 17-də isə səfərdə Malta  ilə üz-üzə gələcək.

Xəbərdə bildirilib ki, yığmanın əsas qapıçısı Lukaş Skorupski zədələndiyindən baş məşqçi Yan Urbanın Çempionlar Liqasında "Qarabağ"dakı inamlı oyunu ilə diqqət çəkən Koxalskiyə şans verəcəyi gözlənilir.

Xatırladaq ki, Koxalski bu ilin iyun ayında yığmaya çağırılsa da, debüt şansı qazanmamışdı.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью