Koxalski və Şahruddinlə bağlı suallara belə cavab verdi

05.08.2026

Qol.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Koxalski və Şahruddinlə bağlı suallara belə cavab verdi

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov komandanın qapıçısı Mateuş Koxalski və Şahruddin Məhəmmədəliyevlə bağlı sualları cavablandırıb.

Koxalski Avroliqanın 2-ci təsnifat mərhələsinin SSKA qarşı matçın penaltilər seriyasında bir zərbəni belə qaytara bilməyib və buna görə tənqidlərə tuş gəlib.

QOL.az xəbər verir ki, o, bu gün keçirdiyi mətbuat konfransında deyib: 

"Koxalskinin durumu normaldır. Biz bunu qəbul etməliyik. Bu barədə daim düşünürük. Uduzanda bizi alqışlayıblar, bizdən razı qalıblar. Sadəcə bəziləri narazı qalır, bu da normaldır. Koxalski də tənqid olunası ciddi bir şey varmı? Sadəcə penaltilər idi. Kömək edə bilmədi. Rəqibin də ustalığını nəzərə almaq lazımdır. Uduzuruqsa, tənqid olunmalıyıq. İndi insanlar yaxşı mübarizəyə diqqət ayırmırlar, sırf nəticəyə baxırlar. Bu da normaldır. Düşünürlər ki, uduzublarsa, hər şey pisdir. Koxalski komandaya tam uyğunlaşır, təcrübəsi artır. Böyümək üçün mütləq tənqidləri qəbul etməyi bacarmalıyıq. Bəzən qırmızı xətti keçirlər, o da hər yerdə var".

O, Şahruddin Məhəmmədliyevin "Zirə"yə keçəcəyinə dair xəbərlərə isə belə münasibət bildirib: " Şahruddinlə bağlı məndə məlumat yoxdur. Mən bilmirəm. İnanmıram ki, belə danışıqlar olub".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью