Koza Nostra ya güclü zərbə...

11.02.2025

Axar.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

İtaliyada hüquq-mühafizə orqanlarının əməkdaşları Siciliya mafiyasına qarşı əməliyyat çərçivəsində 130-a yaxın adamı saxlayıb.

Axar.az xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb.

Qeyd olunub ki, saxlanılanlar çoxsaylı cinayətlərdə, o cümlədən narkotik vasitələrin qanunsuz dövriyyəsində, adam öldürməyə cəhddə, hədə-qorxu ilə pul tələb etməkdə və qanunsuz odlu silah saxlamaqda şübhəli bilinirlər.

İtaliyanın baş naziri Corca Meloni X sosial şəbəkəsindəki paylaşımında bu əməliyyatın Siciliya mafiya klanı “Koza Nostra”ya güclü zərbə olduğunu vurğulayıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью