Icma.az, Axar.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Türkiyədə keçmiş MİT əməkdaşı Kaşif Kozinoğlunun ölümü ilə bağlı aparılan istintaq davam edir.
Axar.az Türkiyə mediasına istinadla xəbər verir ki, Məhkəmə Tibbi Ekspertiza məzarın açılmasından sonra götürülmüş nümunələr üzərindəki təhlilləri başa çatdırıb.
Qeyd olunub ki, məzar torpağında heç bir zəhərli maddə aşkar edilməsə də, Kozinoğlunun saç və dırnaq nümunələrində yüksək miqdarda zəhərli maddələr tapılıb.
Bu fakt, Kozinoğlunun zəhərlənərək öldürülmüş ola biləcəyi ehtimalını gücləndirib və cinayət şübhələrini artırıb.
Qeyd edək ki, Kozinoğlunun ölümü ilə bağlı aparılan istintaq çərçivəsində indiyədək 30-dan artıq şəxs dindirilib, onlardan 9-u saxlanılıb.