Icma.az bildirir, Idman.biz portalına istinadən.
Yaponiya Futbol Assosiasiyasının fəxri prezidenti Kozo Tashima FIFA-nın prezident postuna namizədliyini rəsmən təqdim edib.
İdman.Biz “Reuters”a istinadla xəbər verir ki, 68 yaşlı funksionerin namizədliyi beş milli futbol assosiasiyası tərəfindən dəstəklənib. Bu, seçkilərdə iştirak üçün tələb olunan minimum saydır.
Qeyd edək ki, Kozo Tashima 2016-2024-cü illərdə Yaponiya Futbol Assosiasiyasının prezidenti olub. O, 2015-ci ildən FIFA Şurasının üzvüdür.
FIFA prezidentliyinə namizədlər arasında hazırkı qurum rəhbəri Canni İnfantino, İsveçrə millisinin sabiq kapitanı Ramon Veqa və Fransa Futbol Federasiyasının prezidenti Filipp Diallo da var.
Seçkilər 2027-ci il martın 18-də Mərakeşin paytaxtı Rabatda keçiriləcək.