“Kpler“: Son sutka ərzində Hörmüz boğazından 40 dan çox gəmi keçib

08.07.2026

Moderator.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Son sutka ərzində Hörmüz boğazından 41 gəmi keçib.

Moderator.az xəbər verir ki, bu barədə "Kpler" şirkəti (qlobal əmtəə və xammal bazarlarının real vaxt rejimində monitorinqi üzrə ixtisaslaşmış beynəlxalq analitik İT-platforma) sosial şəbəkələrdə məlumat yayıb.

"Hörmüz boğazının müşahidə zonasında hərəkətin intensivliyi artıb: iyulun 7-də 41 təsdiqlənmiş keçid (əvvəlki gün 36 keçid) qeydə alınıb. Qərbdən Şərqə doğru kommersiya daşımaları neft, quru yük və LPG yüklü reyslər əvvəlki kimi üstünlük təşkil edib. Lakin ABŞ və İran arasında qarşılıqlı zərbələr səbəbindən gəmilərin Hörmüz boğazından keçməsi ilə bağlı vəziyyət pisləşib", - məlumatda qeyd olunub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью