Icma.az bildirir, Marja.az portalına istinadən.
Maliyyə, vergi və məsləhət xidmətləri göstərən və “Böyük Dördlük”də olan KPMG Bakıda ikinci ofisini açıb.
Marja.az xəbər verir ki, ikinci ofisin açılışı ilə bağlı fikirlərini bölüşən KPMG-nin Azərbaycandakı İdarəedici Tərəfdaşı və Qafqaz və Mərkəzi Asiya üzrə İnfrastruktur Bölməsinin rəhbəri Vitali Yakovlev bildirib:
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
“Bakıda əlavə ofisin açılması şirkətimizin dayanıqlı inkişafını və ölkədə yüksək keyfiyyətli peşəkar xidmətlərə artan tələbi əks etdirən mühüm addımdır. Müştərilərimizə daha keyfiyyətli xidmət göstərmək və Azərbaycanın biznes və investisiya mühitinin inkişafına dəstək olmaq üçün infrastruktur, insan kapitalı və ekspertiza sahələrinə investisiya edirik. Məqsədimiz böyümək, transformasiya olunmaq və yeni zirvələrə çatmaq istəyən şirkətlər üçün etibarlı tərəfdaş olmaqdır.”