Krakov meri seçilmək üçün Ukrayna bayrağını təhqir etdi VİDEO

13.06.2026

Turkstan.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Polşada Ukrayna ilə bağlı siyasi qalmaqal yaranıb.

Turkustan.az xəbər verir ki, Krakov şəhərinin meri vəzifəsinə namizəd olan Marianna Şrayber adlı şəxs sosial media hesabında süni intellektlə hazırlanmış video paylaşıb. O, videoda Ukrayna və Avropa İttifaqının(Aİ) bayraqlarını təhqir edib. Şrayber videoda Aİ bayrağını hətta zibil qutusuna atıb.

Sosial şəbəkələrdə qısa zamanda geniş yayılan bu videoda siyasətçi Polşadakı inzibati binanın üzərindəki Ukrayna bayrağını çıxarır və atır.
Krakov meri vəzifəsinə namizəd qələbə qazanacağı təqdirdə binalarda yalnız Polşa bayraqlarının asılacağına və məktəblərə xristian simvollarının yenidən gətiriləcəyinə söz verib./publika.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью