Krakovda Türk Şərq mirasına işıq tutuldu KONKRET | Icma.az
Icma.az, Konkret.az portalına istinadən məlumatı açıqlayır.
Türk Akademiyası rəhbəri Polşada Sədiq bəy Ağabəyzadəyə həsr olunmuş beynəlxalq tədbirdə iştirak edib.
KONKRET.az xəbər verir ki, Polşanın Krakov şəhərində tanınmış türkşünas alim Sədiq bəy Ağabəyzadənin anadan olmasının 160 illiyinə həsr olunmuş beynəlxalq elmi tədbir və sərgi keçirilib.
Tədbirdə Polşa, Azərbaycan, Türkiyə və digər ölkələrdən diplomatik nümayəndəliklərin təmsilçiləri, türkoloqlar və şərqşünas alimlər iştirak ediblər.
Türk Akademiyasının prezidenti professor Şahin Mustafayev tədbirdə çıxış edərək Sədiq bəy Ağabəyzadəni XIX əsrin sonu – XX əsrin əvvəllərində yaşamış Azərbaycanlı-Türk ziyalılar nəslinin görkəmli nümayəndəsi kimi təqdim edib.
O, həmin nəslin cəmiyyətin modernləşməsində, şərqşünaslıq elminin inkişafında və maarifçilik hərəkatında mühüm rol oynadığını qeyd edib.
Mustafayev, Ağabəyzadənin elmi və mədəni irsinin Türk və Avropa elmi mühiti arasında qarşılıqlı əlaqələrin öyrənilməsi baxımından böyük əhəmiyyət daşıdığını vurğulayıb.
Türk Akademiyasının seçkin şəxsiyyətlərin irsinin tədqiqi və tanıdılması istiqamətində layihələr həyata keçirdiyini deyən Mustafayev, onların əsərlərinin yenidən nəşri və dünya elminə töhfələrinin akademik müstəvidə qiymətləndirilməsinə önəm verildiyini bildirib.
Tam oxu
Xəbəri oxu