Krakovun mərkəzində atışma olub, 2 nəfər ölüb, 10 nəfər yaralanıb

07.11.2026

Sherg.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Polşanın Krakov şəhərinin mərkəzində atışma baş verib. Hadisə nəticəsində iki nəfər ölüb, 10 nəfər yaralanıb.

APA xəbər verir ki, ilkin məlumatlara görə, atəş hərəkətdə olan avtomobildən açılıb. Hücumun səbəbi hələlik məlum deyil.

Hadisə ilə əlaqədar şəhərin mərkəzi meydanı mühasirəyə alınıb, əraziyə helikopter cəlb edilib.

Polşanın Baş naziri Donald Tusk vəziyyətlə bağlı mütəmadi məlumatlandırıldığını bildirib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью