Lent az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
İngiltərə Kralı III Çarlz 2024-2025-ci maliyyə ilində 12,9 milyon funt sterlinq vergi ödədiyini açıqlayıb.
Lent.az xəbər verir ki, o, ödədiyi verginin məbləğini ictimaiyyətə açıqlayan ilk Britaniya hökmdarı olub.
Krallıq ailəsinin illik maliyyə hesabatına görə, Şahzadə Uilyam da eyni dövrdə 7,76 milyon funt sterlinq gəlir və kapital gəliri vergisi ödəyib.
Bukinqem Sarayı bildirib ki, vergi məlumatlarının açıqlanması şəffaflığı və kral ailəsinin hesabatlılığına ictimai etimadı artırmaq məqsədi daşıyır.