Kral ailəsi Haalandı belə təbrik etdi VİDEO

06.07.2026

Icma.az, Adelet.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Norveç Dünya Kubokunun 1/8 final mərhələsində Braziliya ilə qarşılaşıb. Norveç Braziliyanı 2-1 hesabı ilə məğlub edərək, tarixində ilk dəfə Dünya Kubokunun dörddəbir finalına vəsiqə qazanıb. 

Adalet.az xəbər verir ki, Erling Haaland matçın ulduzu olub. Ulduz futbolçu ikinci hissədə iki qol vuraraq Norveç millisinə tarixi qələbə qazandırıb. 

Matçdan sonra Norveç Kral Ailəsinin üzvləri Şahzadə İnqrid Aleksandra və Şahzadə Sverre Maqnus milli komanda oyunçuları təbrik ediblər. 

Görüntülərdə kral ailəsinin üzvlərinin futbolçularla bir-bir əl sıxdıqları, Erling Haalandla qucaqlaşdıqları və qısa söhbət etdikləri görünür.

Norveç və beynəlxalq media orqanları tarixi qələbədən sonra soyunma otağında böyük sevinc görüntüləri yayımlayıblar. Şahzadə İnqrid Aleksandra və Şahzadə Sverre Maqnusun Haalanda xüsusi təşəkkür etdiyi anlar sosial mediada geniş diqqət çəkib.  

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью