Kral ailəsində faciə 20 yaşlı qız güllələndi

22.07.2025

Icma.az, Unikal.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Şahzadələr Uilyam və Harrinin qardaşı qızı və anaları Şahzadə Diananın əmisinin nəvəsi Rozi Roş Nortondakı evində ölü tapılıb. 

"Unikal" xəbər verir ki, bu barədə "The Sun" nəşri yazıb. 

İlkin araşdırmaya görə, 20 yaşlı Rozi Roş aldığı güllə yarasından ölüb. 

Yerli polis idarəsi qızın ölümünün şübhəli olmadığını və qızın üçüncü şəxs tərəfindən öldürülmədiyini bildirib. Rozi Roşun Durham Universitetinin tələbəsi olduğu məlumdur. O, ədəbiyyat fakültəsində oxuyub. Onun ailəsi, eləcə də şahzadə Uilyamın nümayəndələri hadisə ilə bağlı şərh verməkdən imtina ediblər.

Ağarza Elçinoğlu 


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью