Kral ailəsində gərginlik: Harri üzr gözləyir

31.08.2026

Redaktor.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Şahzadə Harri Böyük Britaniyaya qayıtsa da, kral ailəsinin bəzi üzvləri ilə yaşadığı problemlər hələ də həll olunmayıb.

Redaktor.az xəbər verir ki, “The Mirror” qəzetinin mənbələrə stinadən yaydığı məlumata görə, Sasseks hersoqu kral ailəsinin bəzi üzvlərinə və Kral III Çarlzın ətrafındakı şəxslərə qarşı narazıdır. Harri onlardan üzr istəniləcəyinə ümid edir.

Məlumata görə, Harrinin Böyük Britaniyaya gəlməsi ailə daxilindəki münaqişənin tamamilə başa çatması demək deyil. O, daha əvvəl də atasının ətrafındakı “boz kostyumlu kişiləri” tənqid edib və bəzi saray əməkdaşlarını kral III Çarlzla münasibətlərinin yaxşılaşmasına mane olmaqda ittiham edib.

Nəşr yazır ki, Harri özü ictimaiyyət qarşısında üzr istəmək niyyətində deyil. Bununla yanaşı, onun nümayəndələri təhlükəsizlik məsələləri ilə bağlı Böyük Britaniyanın Daxili İşlər Nazirliyi ilə əlaqə saxlayıblar.

Aytəkin TOFİQQIZI

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью