Kral ailəsində yeni gərginlik

01.02.2026

Icma.az bildirir, Oxu.az portalına istinadən.

Britaniya şahzadələri Beatris və Yevgeniya anaları Sara Ferqüsonu kral ailəsi ilə bağlı xatirələr kitabı nəşr etdirməkdən çəkindirməyə çalışırlar.

Oxu.Az xəbər verir ki, bu barədə "Yahoo" məlumat yayıb.

Keçmiş əri, şahzadə Endryunun maliyyəçi Cefri Epşteynlə əlaqələrinə görə titullarından məhrum edilməsindən sonra sabiq York hersoginyası, iddialara görə, xatirələrini nəşr etdirməklə maliyyə vəziyyətini yaxşılaşdırmaq niyyətindədir.

"Qızlar çarəsiz şəkildə analarını bu addımdan çəkindirməyə çalışırlar. Onlar deyirlər ki, bu, bütün ailə üçün fəlakətli nəticələr doğura bilər və anasına bunu etməməsi üçün yalvarırlar. Əlbəttə ki, hər şeyin dağılacağından və titullarını itirə biləcəklərindən qorxurlar", - deyə mənbə bildirib.

66 yaşlı Sara Ferqüson isə qızlarının həyatını daha da çətinləşdirmək istəmədiyini deyir. Mənbənin sözlərinə görə, o, qızlarının xahişini nəzərə alaraq, xatirələr kitabı ilə bağlı müqaviləni hələlik təxirə salmağa razılaşıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью