Kral Çarlz Mançesterdə insanlara hücum olunan sinaqoqu ziyarət edib

20.10.2025

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

London, 20 oktyabr, AZƏRTAC

Böyük Britaniya Kralı Çarlz Mançesterdə oktyabrın 2-də insanlara qarşı hücumun törədildiyi sinaqoqu ziyarət edib.

AZƏRTAC xəbər verir ki, Kral Çarlz faciə yerində qurbanların xatirəsini yad edib və yerli icma üzvləri ilə görüşərək onlara başsağlığı verib.

Xatırladaq ki, oktyabrın 2-də Mançesterin Hiton Park sinaqoqunda Yom Kipur mərasimi zamanı terror hücumu baş verib. Hadisə zamanı saxta intihar kəməri geyinmiş bir nəfər avtomobili izdihamın üzərinə sürüb, daha sonra bıçaqla ibadət edənlərə hücum edib. Bir neçə dəqiqə ərzində əraziyə çatan polis hücum edən şəxsi zərərsizləşdirib.

Aytən Abbaslı

AZƏRTAC-ın xüsusi müxbiri

London

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью