Kral Çarlzın Vindzor qəsrinə icazəsiz daxil olan şəxs saxlanılıb

03.06.2025

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

London, 3 iyun, AZƏRTAC

İngiltərədə yerləşən Vindzor qəsrində təhlükəsizlik insidenti baş verib.

AZƏRTAC “Independent”ə istinadla xəbər verir ki, Kral ailəsinin üzvlərinin yaşadığı bu əraziyə icazəsiz daxil olan bir şəxs polis tərəfindən saxlanılıb. Saxlanılan şəxsin 30 yaşlarında olduğu və onun üzərində A sinif narkotik maddələr aşkarlandığı açıqlanıb. Şəxsin zaminə buraxıldığı və hadisə ilə bağlı araşdırmaların davam etdirildiyi bildirilib.

Qeyd edək ki, 2005-ci il tarixli “Ciddi Təşkilatlanmış Cinayətkarlıq və Polis Aktı”na əsasən, Kral ailəsinə məxsus ərazilər də daxil olmaqla, mühafizə olunan ərazilərə izinsiz daxil olmaq cinayət sayılır. Kral ailəsinin üzvləri, aprel-sentyabr ayları arasında xüsusilə də yay aylarında, Vindzor qəsrində daha çox vaxt keçirirlər.

Aytən Abbaslı

AZƏRTAC-ın xüsusi müxbiri

London

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью