Kral donanmasının 3 hərbçisi ÖLDÜ

04.06.2026

Icma.az, Cebheinfo portalına istinadən məlumat yayır.

İngiltərə Kral Donanmasına məxsus helikopterin Devon bölgəsində təlim uçuşu zamanı qəzaya uğraması nəticəsində üç hərbçi həlak olub.

"Cebheinfo.az" xəbər verir ki, Fövqəladə Hallar Xidmətinin əməkdaşları Merlin Mk4 tipli helikopterin Okehampton yaxınlığındakı Sourton Down ərazisinə düşməsindən sonra yerli vaxtla saat 03:45-də hadisə yerinə cəlb olunublar.

Kral Donanmasının sözçüsü bildirib ki, qəza helikopterin təlim məşqi zamanı baş verib. Həlak olan hərbçilərin ailələrinin məlumatlandırıldığı qeyd olunub. Sözçü əlavə edib ki, ailələr hadisə ilə bağlı əlavə məlumat açıqlanmadan əvvəl şəxsi həyatlarının toxunulmazlığına hörmət göstərilməsini xahiş ediblər.

Donanma Komandanı general ser Qvin Cenkins qəzaya uğrayan hava vasitəsinin Somersetdə yerləşən RNAS Yeovilton bazasında xidmət edən Merlin Mk4 tipli helikopter olduğunu təsdiqləyib.

O, hadisə ilə bağlı rəsmi araşdırmaya başlanıldığını açıqlayıb və baş verən faciənin donanma ictimaiyyətində dərin kədər yaratdığını vurğulayıb.

Uels şahzadəsi Keyt Middlton Donanma Hava Qüvvələrinin fəxri baş komandanı kimi yaydığı bəyanatda özü və şahzadə Uilyamın hadisədən dərin kədər hissi keçirdiklərini bildirib. O qeyd edib ki,  həyatını itirən hərbçilərə dua edir.

İngiltərənin Baş naziri  Kir Starmer sosial media hesabında paylaşdığı açıqlamada qəzanı “tam bir faciə” adlandırıb. Müdafiə naziri Con Hili də üç hərbçinin ölümü ilə bağlı böyük kədər hiss etdiyini bildirib. 

Nigar Hacılı 
"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью