Kral ərəb dilində hədis oxudu Gündəm oldu

22.10.2026

Icma.az, Olke.az portalına istinadən məlumat verir.

Ölkə.az xəbər verir ki, Vindzor qəsrində keçirilən möhtəşəm şam yeməyində Britaniya kral ailəsinin üzvləri və rəsmi şəxslər iştirak ediblər.

Ziyafət iki ölkə arasında 200 ildən artıq tarixə malik münasibətlərin və strateji tərəfdaşlığın nümayişinə çevrilib.

Kral III Çarlz çıxışında Britaniya ilə Oman arasındakı tarixi əlaqələrə toxunaraq, Omanın bu gün də Londonun Yaxın Şərqdəki mühüm tərəfdaşlarından biri olduğunu vurğulayıb.

O, həmçinin Omanın regional münaqişələr fonunda nümayiş etdirdiyi neytral və konstruktiv mövqeyi yüksək qiymətləndirib. Kralın sözlərinə görə, Hörmüz boğazında dəniz nəqliyyatının təhlükəsizliyinin qorunması istiqamətində Omanın səyləri, xüsusilə də ən həssas ölkələr üçün mühüm əhəmiyyət daşıyır.

Çıxışın ən diqqətçəkən məqamı isə III Çarlzın Məhəmməd peyğəmbərin Oman xalqı haqqında hədisini ərəb dilində səsləndirməsi olub.

Kralın oxuduğu hədisdə deyilir: “Əgər Oman xalqının yanına getsəydin, səni nə təhqir edərdilər, nə də döyərdilər”.

Bu jest Omanın tarixən formalaşmış qonaqpərvərlik ənənələrinə və bölgədə dialoqa əsaslanan siyasətinə verilən xüsusi qiymət kimi diqqət çəkib.

Mürtəza
 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью