“Kral II Abdullah dünyanın ən böyük liderlərindən biridir“ Donald Tramp | Icma.az
Moderator.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
"Kral öz qürurlu "İordaniya palıdının zirvəsində" oturub qəfil ağzını geniş açarsa, "arzulanan pendir" yerə düşəcək və ABŞ dərhal oraya milyonlarla "Qəzza qardaşını" yerləşdirəcək..." Fevralın 11-də ABŞ prezidenti Donald Tramp və İordaniya kralı II Abdullah arasında Ağ Evdə görüş baş tutub.
Görüş əsasən ABŞ prezidentinin Qəzza bölgəsinin əhalisini Misirə və İordaniyaya köçürmək planı ilə bağlı aqressiv təşəbbüsünə həsr olunub.
Lakin gözlənilmədən Tramp ritorikasını və müraciət tonunu kökündən dəyişib. Moderator.az xəbər verir ki, bu barədə "vesty.co" nəşri yazıb.
Nəşr qeyd edir ki, son vaxtlar, demək olar ki, ultimativ xarakter daşıyan bəyanatlarından sonra Donald Tramp bu dəfə açıq-aşkar yaltaqlıq və hətta yağlı sözlərlə dolu yeni bir çıxış edib.
Ağ Evin saytında Oval kabinetdə çəkilmiş bir video yayımlanıb.
Bu videoda ABŞ prezidenti yalnız özünə məlum olan məntiqlə İordaniya xalqını "fantastik" adlandırır və onların "möhtəşəm" kralını tərifləyir.
ABŞ prezidenti nitqinə yas mərasimlərində olduğu kimi təntənəli başlayıb: "Böyük İordaniya xalqı, Siz inanılmaz bir xalqsınız.
Tam oxu
Xəbəri oxu