Kral III Çarlz Kanada parlamentinin açılışında iştirak edəcək

03.05.2025

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

London, 3 may, AZƏRTAC

Böyük Britaniya Kralı III Çarlz və Kraliça Kamilla taxta çıxışlarından sonra ilk dəfə olaraq Kanadaya rəsmi səfər edəcəklər və ölkə parlamentinin dövlət açılış mərasimində iştirak edəcəklər.

AZƏRTAC xəbər verir ki, bu barədə Bukinqem Sarayından məlumat verilib. Bildirilib ki, Kral və Kraliça 26-27 may tarixlərində Kanadada səfərdə olacaqlar. Səfər çərçivəsində Kral Çarlz Kanadanın paytaxtı Ottavada keçiriləcək parlamentin dövlət açılışına qatılacaq.

Qeyd edək ki, Kral III Çarlz Kanadanın dövlət başçısıdır və ölkədə konstitusiyalı monarxiya sisteminə uyğun olaraq simvolik funksiyaları yerinə yetirir.

Aytən Abbaslı

AZƏRTAC-ın xüsusi müxbiri

London

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью