Turkstan.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
İngiltərə kralı III Çarlz Vindzor qəsrində Oman sultanı Heytəm bin Tariqin şərəfinə təşkil olunan rəsmi şam yeməyində Məhəmməd peyğəmbərin Oman xalqı ilə bağlı hədisini ərəb dilində oxuyub.
Turkustan.az xəbər verir ki, mərasimdə Britaniya kral ailəsinin üzvləri də iştirak ediblər.
Salamlama nitqində Kral III Çarlz Böyük Britaniya ilə Oman arasındakı münasibətlərin 200 ildən çox tarixə malik olduğunu bildirib. O, XVII əsrdə Britaniya və Oman dənizçiləri arasında qurulan əməkdaşlığı da xatırladıb.
Kral Omanı bu gün də Böyük Britaniyanın regiondakı mühüm tərəfdaşlarından biri kimi xarakterizə edib və iki ölkənin müxtəlif sahələrdə əməkdaşlıq etdiyini vurğulayıb.
İbn Battutanın Omanın gözəlliyi ilə bağlı fikirlərinə də toxunan III Çarlz keçmiş Oman sultanı Qabus bin Səidin rəhbərliyindən çox şey öyrəndiklərini bildirib.
“46 il əvvəl Omana ilk səfərimdən bəri onunla apardığım söhbətləri xoş xatirələrlə xatırlayıram”, – deyə kral qeyd edib.
Aytən Yaşar/Turkustan.az