Kral III Çarlz Türkiyəyə COP31 ə ev sahibliyinə görə təşəkkür etdi

21.11.2026

Sherg.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Böyük Britaniya Kralı III Çarlz BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının COP31 konfransına ev sahibliyi edən Türkiyəyə və Prezident Rəcəb Tayyib Ərdoğana təşəkkür məktubu göndərib.

Sherg.az xəbər verir ki, bu barədə Türkiyənin Ətraf Mühit, Şəhərsalma və İqlim Dəyişikliyi Nazirliyi məlumat yayıb.

Xarici İşlər Nazirliyi vasitəsilə Prezident Ərdoğana və COP31-in sədri, nazir Murat Kuruma ünvanlanan məktubda Kral Türkiyənin beynəlxalq ictimaiyyəti iqlim fəaliyyəti naminə bir araya gətirmək səylərini yüksək qiymətləndirib.

III Çarlz qeyd edib ki, dünyanın müxtəlif bölgələrində insanlar artıq güclü istilər, daşqınlar, quraqlıqlar, meşə yanğınları və fırtınalarla üzləşirlər. Onun sözlərinə görə, iqlim dəyişikliyi gələcəyin təhlükəsi deyil, bu gün yaşanan və getdikcə dərinləşən reallıqdır.

Kral Türkiyə Prezidenti, hökuməti və xalqına beynəlxalq ictimaiyyəti mühüm məqamda bir araya gətirdiklərinə görə minnətdarlığını bildirib. O, həmçinin danışıqlar üzrə sədr rolunu üzərinə götürən Avstraliya hökumətinə təşəkkür edib.

Məktubda bərpaolunan enerjiyə keçidin sürətləndirilməsinin, meşələrin, okeanların və digər ekosistemlərin qorunmasının, metan emissiyalarının azaldılmasının vacibliyi vurğulanıb. III Çarlz hesab edir ki, təmiz enerjiyə keçid gələcək rifah və təhlükəsizlik üçün zəruridir.

Kral hökumətləri, biznes dairələrini, investorları və beynəlxalq qurumları iqlim dəyişikliyi ilə mübarizədə birgə fəaliyyətə çağırıb. O, COP31-in əsas nəticəsinin verilən vədlərin konkret addımlara çevrilməsi olmalı olduğunu bildirib.

III Çarlz məktubunu bu fikirlərlə tamamlayıb: “Uşaqlarımız və nəvələrimiz bizi verdiyimiz vədlərlə deyil, etməyi seçdiyimiz işlərlə mühakimə edəcəklər”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью