Kral III Çarlz və Şahzadə Uilyamın ABŞ a səfəri planlaşdırılır

27.12.2025

Icma.az bildirir, Azertag portalına istinadən.

London, 27 dekabr, AZƏRTAC

Kral III Çarlz və Şahzadə Uilyamın 2026-cı ildə ayrı-ayrılıqda ABŞ-a səfəri planlaşdırılır.

AZƏRTAC “The Independent”ə istinadla xəbər verir ki, həmin il ABŞ-da Amerika müstəqilliyinin 250 illiyi qeyd olunacaq.

Bildirilib ki, Kralın mümkün səfəri ilə bağlı müzakirələr artıq aparılır. Şahzadə Uilyamın isə 2026-cı ildə ABŞ-da keçiriləcək futbol üzrə dünya çempionatı zamanı ölkəyə səfəri gözlənilir. Bu səfərlər baş tutacağı təqdirdə, 2007-ci ildən bəri hökmranlıq edən Britaniya monarxının ABŞ-a ilk rəsmi səfəri olacaq.

Məlumatda qeyd olunur ki, bu mümkün səfərlər Böyük Britaniyanın ABŞ-la ticarət sazişini yekunlaşdırmaq istiqamətində səylərini davam etdirdiyi bir dövrə təsadüf edir. Bildirilir ki, Prezident Donald Trampın sentyabr ayında Britaniyaya dövlət səfəri zamanı elan edilmiş texnoloji tərəfdaşlıq Vaşinqton tərəfindən müvəqqəti dayandırılıb.

Aytən Abbaslı

AZƏRTAC-ın xüsusi müxbiri

London

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью