Icma.az, Gununsesi portalına istinadən məlumat verir.
Niderland Kralı Villem-Aleksandr Azərbaycan Prezidenti İlham Əliyevi təbrik edib.
Gununsesi.info xəbər verir ki, Kralın təbrik məktubunda deyilir:
“Zatı-aliləri cənab Prezident.
Ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Zati-alinizi təbrik edirəm.
Bu bayram münasibətilə Azərbaycan xalqına firavanlıq diləyir və ən xoş arzularımı çatdırıram”.