“Kral klubu” Diamondla maraqlanır

25.07.2026

Icma.az, Yenisabah portalına istinadən məlumatı açıqlayır.

“Real Madrid” "Leypsiq" və Kot-di`Vuar millisinin hücumçusu Yann Diomandla maraqlanır.

“Yeni Sabah” Bild-ə istinadla xəbər verir ki, “Kral klubu” "Bayern Münhen" və Fransa millisinin hücumçusu Maykl Oliseyə alternativ kimi görünən 19 yaşlı futbolçu üçün 100 milyon avro ödəməyə hazırdır. “Leypsiq” hazırda 120 milyon avro istəyir.

“Paris Sen-Jermen, "Liverpul", "Arsenal" və "Mançester Siti" də Diomandla maraqlanır. pizza hut

Ötən mövsüm Diomand "Leypsiq"in sıralarında bütün turnirlərdə 36 oyun keçirib, 13 qol vurub və 10 məhsuldar ötürmə edib. "Transfermarkt" onun transfer dəyərini 90 milyon avro olaraq qiymətləndirir.


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью