“Kral klubu” hərəkətə keçdi

19.11.2026

Icma.az xəbər verir, futbolpress-az saytına əsaslanaraq.

“Mançester Siti”nin ulduz hücumçusu Erlinq Haalandın İngiltərə klubundakı gələcəyi “şəhərlilər”ə qarşı tətbiq oluna biləcək mümkün sanksiyalar fonunda qeyri-müəyyən olaraq qalır.

Futbolpress.az xəbər verir ki, norveçli forvard klubun üzləşə biləcəyi cəzalara görə komandanı tərk etmək variantını nəzərdən keçirir.

Jurnalist İnyaki Anqulonun sözlərinə görə, ötən həftə “Real”ın (Madrid) nümayəndələri ilə Haalandın yaxınları, o cümlədən futbolçunun atası arasında görüş baş tutub. Mənbə qeyd edir ki, bu transfer “Kral klubu”na 200 milyon avroya başa gələcək və norveçli qolçunun “Barselona”dan daha çox Madrid təmsilçisinə keçmək ehtimalı yüksəkdir.

Qeyd edək ki, Erlinq Haaland 2026/27 mövsümündə “Mançester Siti”nin heyətində bütün turnirlərdə keçirdiyi 14 matçda 14 qol vurub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью